Şənbə, 04 May

"Hüseynbala Mirələmova toxunmasalar, itirən özləri olacaq" - Tural Abbaslı

image

"Bəlkə də onların içərisində elə ən abırlısı Hüseynbala Mirələmovdur. Əgər qanacağı olsa, bundan sonra daha heç bir postda təmsil olunmaz. Fikrimcə, bütün postlardan imtina edib, təqaüdə çıxmalı və xalqdan üzr istəməlidir".

Bunu  açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı sabiq deputat, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosu ilə bağlı danışarkən deyib.

Partiya sədri bildirib ki, bu halda tutulan Mirələmovdur, görün hələ tutulmayan nə qədər Mirələmovlar var:

"Hüseynbala Mirələmov Milli Məclisin 3 çağırış deputatı olub və uzun illərdir ki, hakim partiyanın ən böyük rayonunun -Xətayi təşkilatının sədridir. Onsuz da bütün debatlarda, digər yerlərdə hər zaman bu partiyanın nümayəndələrinin yeni standartlara cavab vermədiklərini qeyd edirlər. Milli mənəvi dəyərlərimizi əksəriyyəti bilmir və qorumur, çünki Sovet dönəmində böyümüş, təhsil alıb formalaşmış insanlardır. Onlar üçün milli mənəvi, dini dəyərlər anlayışı yoxdur. Ümumiyyətlə, bu hadisədə isə konkret cinayət tərkibinin olub-olmaması videodakı xanımın ifadəsindən sonra bilinəcək, amma əgər qanacağı olsa, bundan sonra daha heç bir postda təmsil olunmaz".

Tural Abbaslı əlavə edib ki, bütün məsələni Mirələmovun vicdanına buraxmaq lazım deyil: "Əgər özü heç nə etməzsə, hakim partiya bəyanat verərək onu postundan kənarlaşdırmalıdır. Əslində bu il də guya Milli Məclisə seçilmişdi, amma dairə ləğv olundu. Hesab edirəm ki, onun dairəsi ləğv olunandan sonra vəzifədən uzaqlaşdırılmalı idi. Çünki iqtidar özü belə bu dairənin saxtakarlıq etdiyini etiraf edirdi. Hər halda indi top onlardadır, əgər Hüseynbala Mirələmovun keçmiş fəaliyyətinə nəzərən ona toxunmasalar, itirən özləri olacaq". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40